Maraqlı 

Bu faktlar sizi də təəccübləndirəcək…

ABŞ bayrağındakı ulduzlar nəyi təmsil edir?

ABŞ bayrağındakı ulduzların hər biri bir ştatı təmsil etməklə ümumilikdə 50 ulduzdan ibarətdir. Lakin texniki cəhətdən isə ABŞ-da yalnız 46 əyalət var.Virginia, Kentucky, Pensilvaniya və Massaçusets əyalətləri hər biri rəsmi olaraq birlikdir. Buradakı birlik “Millətlər Birliyi” mənasını verən birlik deyil, ABŞ-dakı bu dörd bölgənin  hər biri “əyalət” sözünün əvəzinə “razılaşma yolu ilə formalaşan siyasi icma” mənasını verir.

Dəvələr haradan gəlir?

Afrika və ərəb səhralarının simvolları olmasına baxmayaraq,dəvə Amerika mənşəlidir. Atlar və itlər kimi dəvələr də 20 milyon il əvvəl yaranmışdır. Asiyaya 4 milyon il əvvəl Berinq quru boğazından keçən bu heyvanlar qədim zamanlarda donqar heyvanlardan daha çox zürafə və ya ceyrana bənzəyirdilər.

Su nə rəngdədir?

Əlbəttə ki, ilkin ağıla gələn cavab suyun rənginin olmaması,şəffaf olması  və dənizin mavi görünməsinin yeganə səbəbinin göy üzünün dənizə əks olunmasıdır. Lakin bu fikirlər yanlışdır. Son dərəcə solğun bir tona sahib olmasına baxmayaraq, su əslində mavi rəngdədir. Çox böyük və çox dərin bir ağ hovuzu su ilə doldurub içərisinə baxdığınız zaman su mavi görünəcəkdir.

Lalələrin məskəni haradır?

Bir çox insan bizim kimi iranlıların milli çiçəyi olan lalənin mənşəyinin Hollandiya olduğunu düşünür. Lakin Amsterdamdan olub-olmamasından asılı olmayaraq, lalələr Hollandiyanın simvolları külək dəyirmanları və qılıncları qədər məşhurdur . Ancaq əslində lalələrin mənşəyi Hollandiyada deyil. Belə ki, lalələr ilk dəfə 1554-cü ildə İstanbuldan Hollandiyaya gətirilmişdir.

Həqiqətənmi musiqi ilanları cəlb edir?

Əslində onlar üçün musiqi səsinin fərqi yoxdur. İlan oynatma fəndlərində kobralar fleytanın səsinə deyil, görüntüsünə reaksiya verir. İlanlar, şübhəsiz ki, kar olmasa da, musiqini tam “eşitmir”. İlanların bir çox canlılarda olduğu kimi, gözə görünəcək şəkildə qulağı və ya qulaq pərdəsi yoxdur, ancaq çənələri və qarın əzələləri sayəsində yerdən aldıqları titrəmələri hiss edə bilirlər.

Samirə İsmayılova, “İki sahil”

Daha çox xəbərlər