Hadisə 

Qəbələdə maşın ağaca çırpıldı: ölən var

Qəbələ şəhərində “Toyota” markalı avtomobil ağaca çırpılıb.

ARANTV.AZ xəbər verir ki, müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər