Dünya 

Gürcüstanda son sutkada 2 970 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 970 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  63 650 nəfərə, ölənlərin sayı isə 521 nəfərə çatıb.

Virusa yoluxanlardan 47 390 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər