Ermənistanda koronavirusdan daha 29 nəfər öldü
Ermənistanda koronavirusa yoluxanların sayı 108 687 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 221 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 29 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 609 nəfər koronavirusdan ölüb, 49 831 nəfərin müalicəsi isə davam edir.Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

