Gündəm 

Nazir müavinləri Rusiyanın Azərbaycandakı səfirliyində olublar

Bu ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə gediblər.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı bildiriblər.

Daha çox xəbərlər