Hulusi Akar və Sergey Şoyqu arasında yenidən telefon danışığı olub
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında yenidən telefon danışığı olub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin rəsmi Tvitter hesabında yayılıb.
Məlumatda bildirilib ki, Akar və Şoyqu telefon danışığı zamanı Qarabağdakı atəşkəsdən sonrakı proseslər barədə fikir mübadiləsi aparıblar.

