Dünya 

İrəvanda keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib, 3 polis əməkdaşı xəsarət alıb

Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş verib.

Nəticədə üç polis əməkdaşı xəsarət alıb.

Xəsarət alan polis əməkdaşlarından biri həmkarları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, İrəvanın mərkəzi meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.

Daha çox xəbərlər