Gündəm 

SON DƏQİQƏ: Türkiyə Qarabağa gəlir

Türkiyə ilə birgə Qarabağ mövzusunda Azərbaycan torpaqlarında yerləşəcək monitorinq mərkəzində əməkdaşlıq edəcəyik.

ARANTV.AZ xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, Dağlıq Qarabağdakı rus sülhməramlıları atəşkəs rejimini qoruyacaq: “Kontingent əldə olunmuş razılığa uyğun olaraq silahlanıb və müəyyən texnikalara sahibdir. Bu, təhlükəsizlikdir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında Türkiyənin də Ermənistanın işğalından azad olunan Azərbaycan torpaqlarında monitorinq mərkəzində Rusiya ilə atəşkəsə nəzarət və monitorinq fəaliyyəti göstərəcəyi bildirilmişdi.Publika.az

Daha çox xəbərlər