Döyüş yoldaşını ölümdən qurtarmaq istəyərkən yaralanan zabitimiz – VİDEO
Vətən müharibəsində iştirak edən qəhrəman döyüşçülərimizdən biri də Elsevər Şirəlizadədir.
ARANTV.AZ “Xəzərxəbər“ə istinadən xəbər verir ki, 1994-cü ildə Şəkinin Baş Zəyzid kəndində anadan olan Elsevər Şirəlizadə sırf torpaqlarımızı azad etmək üçün hərbçi olub.
2016-cı ildə Hərbi Akademiyanı bitirərək peşəkar zabit kimi orduda xidmətə başlayıb. Füzuli uğrunda gedən döyüşlərdən birində yaralı döyüş yoldaşını ölümdən qurtarmaq istəyərkən ona düşmən minaatanının mərmisinin qəlpəsi dəyib.
Zabit müalicə alarkən ona çox hərəkət etməməsi tövsiyə olunub. Lakin qələbə xəbərini eşidəndə isə özünü saxlaya bilməyib.
Elsevər Şirəlizadə deyir ki, bədənindən bir neçə qəlpə çıxarılsa da, hələ 2-si qalıb.
Bu gün kənd sakinləri Elsevərin yanına toplaşır, tez sağalması üçün ona mənəvi dəstək olurlar.

