Siyasət 

Deputat Türkiyənin Vətən Müharibəsindəki dəstəyindən danışdı

“Noyabrın 10-da ölkəmizin tarixində yeni bir səhifə açıldı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu”.

ARANTV.AZ-ın  məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, qardaş Tükiyə hər zaman olduğu kimi, Vətən Müharibəsi zamanında da yanımızda oldu:

“Bir millət, iki dövlət ifadəsi əbəs yerə deyilməyib. Dövlətlərimiz arasında olan qardaşlıq və dostluq münasibətləri bir daha bütün dünyaya nümayiş olundu”.Oxu.Az

Daha çox xəbərlər