Ermənilər unitazları da söküb apardılar – VİDEO
Noyabrın 15-nə kimi Kəlbəcəri tərk etməli olan ermənilər köçərkən aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bunu “BBC”nin hazırladığı reportajda da görmək mümkündür. Belə ki, videoreportajda düşmənin pəncərə çərçivələrini, unitazları belə apardığı görünür.
Materialda ermənilər həmçinin yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün yanğınlar törətdiklərini etiraf ediblər.

