Sosial 

Müsəlman ölkəsinin erməni kilsəsi – VİDEO

Özünü tolerantlığı ilə dünyaya tanıdan Azərbaycanda bütün dini, tarixi və mədəniyyət abidələri bərpa olunur və mühafizə edilir. Bakının tam mərkəzində – Nizami küçəsində hamının yanından sakitcə ötüb keçdiyi erməni kilsəsi bunun ən danılmaz sübutudur. Prezident kitabxanasına təhvil verilən kilsə hazırda dövlət tərəfindən qorunur.

Yalançı tarixin şahidi olmur. Həqiqi tarix isə mədəniyyətə, ədəbiyyata və daş kitabələrə yazılır. Bakının mərkəzi Nizami küçəsində yerləşən erməni kilsəsi məhz indi özündə əsl tarixi əks etdirir. Təkcə bu kilsənin qorunub saxlanması sübut edir ki, Azərbaycan bütün dini, tarixi və mədəniyyət abidələrinin qorunub saxlanmasını xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi qəbul edir və gələcək nəsillərə ötürür.

Kitablardan xüsusilə tədqiqatçılar istifadə edirlər. Burada saxlanan ədəbi nümunələr ermənilərin özlərinin etiraflarıyla doludur. Vaxtilə bu kitabları dəyişdirməyə çalışsalar da, bu cəhdlər uğursuz olub.

Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi özünü dünyada çoxdan sübut edib. Lakin düşmən ölkə Qarabağda yerləşən 67-si məscid olmaqla, 400-dən çox dini abidəni dağıdıb, yerlə-yeksan edib. Heç bir dini inanca hörmət etməyən bu xainlər məscidləri tövləyə çevirib, orda heyvan saxlayıblar.

Ermənilər İrəvanda olan məscidlərimizi də dağıdıblar. Vaxtilə orda yerləşən 9 məsciddən sadəcə biri qalıb, onun da mənsubiyyəti dəyişdirilərək fars məscidi kimi təqdim olunur. İrəvandakı digər dini məbədimiz – Sərdar məscidi dağıdılıb, hətta onun son qalan divarının üstünə “Unesco tərəfindən qorunur” lövhəsi vurulub. Belə faktlar onlarladır.

Qeyd edək ki, bu erməni kilsəsinin də əslində oğurluq olduğu, yəhudilərə aid olduğu deyilir. Abidənin üstündəki nişanələr bu ehtimalın doğruluğunu artırır. /Xezerxeber.az

 

Daha çox xəbərlər