ABŞ ordusu Əfqanıstan və İraqdan geri çəkilir
ABŞ Prezidenti Donald Trampın Əfqanıstan və İraqdan ordunun çəkilməsi barədə təlimatlarının Pentaqona çatdırıldığı və mövzu barədə planların qurulduğu açıqlanıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, prosesin detalları barədə mətbuata açıqlama verilməyib.
Amerikanın CNN kanalı isə Trampın Əfqanıstan və İraqdakı əsgərlərin sayını (2500-ə qədər) azaldacağını, bu prosesin 15 yanvaradək reallaşacağını xəbər edib.
Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda 4 500, İraqda isə 3 min əsgəri var.

