Dünya 

Rusiyada avtobus qatarla toqquşdu, yaralananlar var

Rusiyanın Saratov şəhərində avtobusun qatarla toqquşması nəticəsində 5 sərnişin ölüb, sürücü və daha bir sərnişin isə bədən xəsarəti alıb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Yol Hərəkətinin Təhlükəsizliyinin Təmini üzrə Baş İdarəsinin Mətbuat xidməti bildirib.

Bildirilib ki, hadisə noyabrın 17-də Engels-Yerşov-Ozinki avtomobil yolunda baş verib. Qazaxıstanla sərhəddən Saratov vilayətinə doğru 6 sərnişinlə hərəkət edən avtobus qaydaları pozaraq dəmiryoluna çıxıb və yük qatarının lokomotivi ilə toqquşub.

Daha çox xəbərlər