Kamil Zeynallı BU QAZİNİN ayaqlarını ÖPDÜ-VİDEO
İdmançı Kamil Zeynallı Qubadlı uğrunda gedən döyüşlərdə hər iki ayağını itirən qazimiz, kapitan Polad Rzayevin evində olub.
O, “İnstagram” səhifəsində paylaşdığı videoya bu şərhi yazıb:
“Qubadlını düşməndən geri alarkən iki minaya düşərək, QAZİ adını qazanıb Poladımız.
Atası 1993-cü ildə Vətən uğrunda qəhrəmancasına şəhid olub.
Allah rəhmət etsin!
Ayaq üstə dayanan Qazi qardaşımız Arzu da aprel döyüşlərində Vətən uğrunda qolunu itirmişdi.
Haqqınız ödənməz!”

