“Sən mənim arzumu yerinə yetirdin, biz də sizin 30 illik arzunuzu gerçəkləşdirdik” – İgid əsgərimizdən müğənniyə – VİDEO
Xanəndə Babək Niftəliyev sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
ARANTV.AZ xəbər verir ki, Babək azad olunmuş torpaqlarımızda igid əsgərlərimizlə görüşüb.Babək əsgərin onun maşınını sürərkən lentə aldığı videonu sosial media hesabında paylaşıb. Görüntülərdə isə əsgər: “Sən mənim arzumu yerinə yetirdin. “Range Rover” sürdüm. Biz də sizin 30 illik arzunuzu reallaşdırdıq” sözlərini deyir.
Görüntülər izləyicilərin marağına səbəb olub.
Həmin videonu təqdim edirik:

