Ağdamın azad edilməsi münasibəti ilə Qələbə avtoyürüşü keçirilib – FOTO
Erməni işğalı altında olan Ağdam şəhərinin azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirib.
ARANTV.AZ-ın xəbərinə görə, günorta saatlarından etibarən əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq avtoyürüş etməyə başlayıb.
27 il bu sevinci gözləyən sakinlər “Qarabağ bizimdir”, “Ağdam azaddır” şüarlarını səsləndiriblər.

