Sosial 

Baş ağrısı üçün təbii həlli yolları

Baş ağrısının yorğunluqdan qaynaqlandığını düşünürsünüzsə, dərman qəbul etmək həll yolu deyil, çünki bir müddət sonra dərmana müqavimət artacaqdır. Baş ağrısı üçün təbii  həlli yolları daha faydalıdır.

Gəzin, duş qəbul edin

Açıq havada gəzməkdir. Təmiz havanın baş ağrısını aradan qaldırmasında təsiri danılmazdır. Gəzintidən sonra stress və yorğunluğu aradan qaldırmaq üçün duş almaq və erkən saatlarda yatmaq baş ağrısını ardan qaldıracaq…

Baş masajı etmək

Bu, baş ağrısı üçün təbii üsullar arasında ən çox istifadə edilən metodlardan biridir. Barmaqlarınızla başınızın ağrıyan hissəsinə edilən masaj da baş ağrısını azaltmağa kömək edir. Ağrılı nahiyələri kiçik dairə şəklində 10-15 saniyə masaj edə bilərsiniz.

Maqnezium əlavələrinin alınması

Maqnezium müntəzəm və adekvat qəbul edildikdə, baş ağrısı və miqren kimi problemlərdən qurtulmaq üçün faydalıdır. Çünki maqnezium baş ağrısına səbəb ola biləcək sinirləri rahatlaşdırır. Fındıq, yaşıl tərəvəz və paxlalılar çox zəngin maqnezium mənbəyidir.

Günəş eynəyi taxmaq

Bədən günəş işığına çox məruz qaldıqda beyinə ağrı siqnalları göndərməyə başlayır. Baş ağrısı ehtimalını azaltmaq üçün gözlərinizi güclü günəş işığından qorumaq üçün günəş eynəyi taxmalısınız.

Çoxlu su içmək

Susuzluq beyində qan və oksigen axınında azalmaya səbəb olur və baş ağrısına səbəb olur. Susuzluqdan yaranan baş ağrısı varsa, böyük bir stəkan su içdikdən sonra başağrısının azaldığını hiss edəcəksiniz.

Lavanda yağı

Baş ağrısı üçün təbii həllər arasında bitki tərkibli üsullar da önə çıxır. Rahatlaşdırıcı xüsusiyyətləri ilə tanınan lavanda yağı baş ağrısının müalicəsində təsirli vasitədir. Bir fincan isti su qabına bir neçə damla lavanda yağı damlada və buxarını ciyərlərinizə çəkərək nəfəs ala bilərsiniz. Diqqətli olun, lavanda yağı içilmir!

Qərənfil

Qərənfilləri yavaşca əzərək alınmış qarışığı zərifcə salfetin içinə qoyun, dərindən iyləyin. Bu üsul şiddətli baş ağrısı zamanı tövsiyə olunur.

Zəncəfil çayı içmək

Zəncəfil qan damarlarını rahatlatmaqla baş ağrısını azalda bilər. Bir fincan isti suya əlavə edilmiş təzə doğranmış və ya sürtgəcdən keçirilmiş zəncəfil kökü köməyə çatacaq.

Alma yemək

Alma bədəndəki turşu səviyyəsini tarazlaşdıraraq baş ağrısını aradan qaldırmaqda təsirli olur. Baş ağrısı siqnalını aldığınız zaman bir alma yeyərək gec olmadan tədbir ala bilərsiniz. Üstəlik, alma tərkibindəki zəngin vitaminlər, xüsusilə də döş və ağciyər xərçəngi ilə yanaşı bir çox xərçənglə mübarizə aparır.

Darçından istifadə

Darçının sonsuz faydalarından biri də baş ağrısını azaltmasıdır. İsti südə iki çay qaşığı darçın əlavə edərək sakitləşdirici bir içki hazırlaya bilərsiniz. Bir az şirin olmasını istəyirsinizsə, az miqdarda bal da əlavə edə bilərsiniz.

Samirə İsmayılova, “İki sahil”

Daha çox xəbərlər