“Qadın şəhid olan 3 oğlunun məzarının yanında qalırdı” – Video
“Biz həmin gün o məscidə yaxınlaşanda orada üfunət qoxusundan dayanmaq mümükün deyildi. İçəri girəndə isə donuzların zibili var idi. Aydın idi ki, ermənilər buradan tövlə kimi istifadə ediblər. Məscidin içində bir lövhədə yazı var idi. Oranın inşa edildiyi tarix yazılmışdı. O tarixi silmişdilər. İki rəqəm qalmışdı sadəcə…”.
Fotoqraf 1990-cı ildə törədilən Qanlı 20 Yanvar hadisəsindən də söz açıb. O, həmin ərəfədə Bakıda rastlaşdığı və hələ də unutmadığı hadisəni bölüşüb:
“Şəhidlər dəfn edilən günü mən orada foto çəkirdim. Bir yerdə dayanan 3 qadın gördüm. Onlardan biri oradakı gülləri səhmana salırdı, su verirdi güllərə. Onunla biraz söhbət etdik. Söhbət əsnasında qadının əsl peşəsinin müəllimlik olduğunu öyrəndim. O, 3 oğlu şəhid olduqdan sonra elə oğullarının yanında burada məzarlıqda qaldığını dedi. Mən ona dedim ki bir gün işğalda olan torpaqlar azad olunacaq və gəlib sizi tapacam”.

