“Rusiyanın kütləvi informasiya vasitələri Azərbaycan haqqında nə qədər çox bilsələr, xalqların qarşılıqlı münasibətləri o qədər yaxşı olacaq
ARANTV.AZ xəbər verir ki, “Rusiyanın kütləvi informasiya vasitələri Azərbaycan haqqında nə qədər çox bilsələr, xalqların qarşılıqlı münasibətləri o qədər yaxşı olacaq”. Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Bakıya səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.
“Azərbaycanlı həmkarlarımızın bizim fəaliyyətimizə diqqət yetirib ölkənizə dəvət etməyi bizim üçün xoşdur”. Bunu Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycana səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında dedi. O, Azərbaycan və Rusiya jurnalistləri arasında ənənəvi olaraq uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının, müntəzəm olaraq fikir mübadiləsi aparılmasının vacibliyini vurğuladı. O, Prezident İlham Əliyevlə görüşündən də danışdı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə rəhbərlik etdiyi qurum və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətindən danışdı. Bildirdi ki, bu sənədin məqsədi Azərbaycan və Rusiya juralistləri arasında əlaqələri daha da möhkəmləndirməkdir. Dekabrda Udmurtiyadan bir qrup media təmsilçşisinin Azərbaycana, mayda isə azərbaycanlı jurnalistlərin Rusiyaya səfərləri nəzərdə tutulub. Rusiya Jurnalistlər İttifaqının katibi Rəfail Hüseynov isə Azərbaycan media nümayəndələrini Rusiyada keçirilən forumlarda faəl iştiraka dəvət etdi. Sonda jurnalistlərin sualları cavablandırıldı.

