“Azərbaycanlı Messi” “Beşiktaş”a keçdi
Azərbaycanlı futbolçu Nihat Əhmədzadə Türkiyənin “Beşiktaş” klubunda çıxış edəcək.
ARANTV.AZ xəbər verir ki, bundan əvvəl o, “Sumqayıt”ın U-12 komandasında oynayıb, bu günlərdə isə İstanbul nəhənginin heyətinə qatılıb.
Vətənində onu “azərbaycanlı Messi” adlandırırlar. O, texnikalı futbolçudur və böyük ümidlər yaradır.
N.Əhmədzadə Bakıda “Mançester Yunayted” futbol məktəbini keçib.
oxu.az

