Region Xəbərləri 

Kvemo-Kartli Borçalı bölgəsində infrastruktur layihələr həyata keçiriləcək

ARANTV.AZ xəbər verir ki, Gürcüstanın Kvemo-Kartli Borçalı bölgəsində infrastruktur layihələr həyata keçiriləcək. Layihə əsasən azərbaycanlıların yaşadığı  ərazilərə aiddir.

“Kvemo Kartli Borçalı bölgəsində infrastruktur layihələri həyata keçiriləcək. Marneuli rayonunda sakinlərlə görüşdə Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bu barədə məlumat verdi.

Kvemo-Kartli Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili  bildirdi ki, Marneuli rayonunda illər ərzində həllini gözləyən əsas çətinlik su təminatı və kanalizasiya sistemi ilə bağlıdır. Marneuli əhalisinin 85 faizi gün ərzində 5-6 saat qrafiklə içməli su ilə təmin olunur. Bu problemin aradan qaldırılması üçün ciddi addımlar atılacaq. Görüşdə Marneuli və Bolnisi rayonlarının su təminatı və kanalizasiya sistemi ilə bağlı həyata keçiriləcək layihənin təqdimatı keçirildi. Qeyd edildi ki, ümumi dəyəri təxminən 56 mln. dollar olan layihənin icrasına dekabrda başlanılacaq və 2021-ci ilin martınadək başa çatacaq. Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini İrakli Karseladzenin sözlərinə görə, bölgədə həyata keçiriləcək infrastruktur layihələr sayəsində yolların 82 faizi təmir olunacaq. Marneuli rayonunun 7 kəndində yeni məktəblərin inşası da nəzərdə tutulur. Rayonda həmçinin mərkəzi stadion və 21 kənddə ambulator məntəqələr tikiləcək.

Daha çox xəbərlər