Sosial 

Şəhidin fiziki qüsurlu anası FƏRYAD ETDİ – VİDEO

Sosial şəbəkələrdə hər kəsi kövrəldən görüntülər yayılıb.

ARANTV.AZ  xəbər verir ki, görüntülərdə şəhid Nicatın fiziki qüsurlu anası fəryad edir.

Videoda ana hələ də inana bilmir ki, soyuq tabutda yatan gözünün ağı-qarası Nicatıdır. Gah fəryad edir, gah da yanılar deyə, ətrafından Nicatı soruşur…

Aygün ana fiziki qüsurludur. Nicat sağlığında dişiylə, dırnağıyla qazandığını evə xərcləyirdi ki, anası korluq çəkməsin. İndi o ananın nazını kim çəkəcək? Nicatı səsləyəcək, hayına kim səs verəcək?
Ona görə də, biz birliyimizi bundan sonra da göstərməyi bacarmalıyıq. Aygün anaya doğma olaq, gözü qapıda, ciyəri oğul həsrətiylə yanmasın.

Həmin görüntüləri təqdim edirik:

 

Daha çox xəbərlər