Dünya 

Qazaxıstanda koronavirusdan sağalanların sayı 120 mini keçib

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 670 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 137 653 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 121 347 nəfəri sağalıb, 2 034 nəfəri isə vəfat edib.

Daha çox xəbərlər