Sosial 

“Evdə qal” karantin rejimi geri qayıda bilər

Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayında kəskin artıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən, ölənlərin sayı isə 40-dan çoxdur. Artıq 2 həftəlik “evdə qal” karantinin dekabrın 15-dən geri qayıdacağı iddia edilir. Azərbaycanda dekabrın 15-dən 2 həftəlik evdə qal karantin rejimi yenidən tədbiq ediləcək?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib.

Professor qeyd edib ki, yoluxma sayı bu cür davam edərsə, “evdə qal” karantin sistemi yenidən tədbiq edilə bilər:

Amma “evdə qal” karantin rejimi heç nəyi dəyişməyəcək. Çünki insanlar evdə də yoluxurlar. Artıq ailəvi yoluxma halları çoxalıb. Hesab edirəm “evdə qal” karantinin yenidən tətbiqinə ehtiyac yoxdur. Əksinə biz çalışmalıyıq ki, davranışlarımıza diqqət edək, məsuliyyətli olaq. İnsanların böyük hissəsi artıq bu virusa yoluxub. Kollektiv immunitetə doğru gedilir.

Sərt tədbirlər yoluxma zəncirini qırmayacaq. Bu gün yoluxma mənbəyi avtobuslardır. Düşünürəm ki, karantin rejimini sərtləşdirmək əvəzinə avtobuslarda qayda-qanun yaradılmaldıır.

Yoluxma sayı bu formada davam edərsə, karantin rejimi yenidən sərtləşdirilə bilər”.

Daha çox xəbərlər