“Standard&Poor’s” Azərbaycanın reytinqini təsdiqləyib

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli suveren reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

ARANTV.AZ xəbər verir ki, qurum, eyni zamanda, ölkənin uzunmüddətli reytinq proqnozunu “Stabil” qiymətləndirib.

S&P proqnozlarına əsasən, Azərbaycanda 2018-ci ildə ÜDM artımı 2%, 2019-cu ildə 3%, 2020-21-ci illərdə isə 3,5% təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 47 milyard dollar dəyərləndirilib. 2019-cu ildə bu rəqəmin 47 milyard dollar, 2020-ci ildə 47 milyard dollar, 2021-ci ildə isə 49 milyard dollar olacağı proqnozlaşdırılıb.

O da məlum olub ki, 2018-2020-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun orta illik artımı 3%, orta illik inflyasiya 4% olacaq.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.