Sosial 

Qaydasız döyüş üzrə ÖLKƏ BİRİNCİSİ ŞƏHİD OLDU – FOTO

“Qaydasız döyüş” idman növündə dəfələrlə ölkədaxili və xarici yarışlarda birinci yeri tutan əsgərimiz şəhid olub.

ARANTV.AZ Sonxeber.az-a xəbər verir ki, şəhid Tarıverdiyev Nicat Şöhrət oglu ailənin tək övladı olub.

4 ayın əsgəri olan Nicat Ağdərə istiqamətində gedən döyüşlərdə Tarixi Qələbəyə bir saat qalmış qəhramancasına şəhid olub.

Anasına son sözü “Mənim üçün nigaran qalmayin, yaxşıyam, Qarabagımızı alıb qayıdacağıq” olub.

Bildirilir ki, son dəfə noyabrın 8-də anası ilə telefonla danışan Nicat fəxrlə anasına Şuşanın alınması xəbərini çatdırıb.

Əsgər yoldaşlarının sözlərinə əsasən, Nicat çox cəsarətli bir igid olub. O, evli olan döyüşçülərə belə deyib: “Siz ailəlisiniz, evdə sizi gözləyən balalarınız var, mənsə subayam. Mənə bir şey olsa da olar.”

Qaydasız döyüş üzrə ÖLKƏ BİRİNCİSİ ŞƏHİD OLDU - FOTOQaydasız döyüş üzrə ÖLKƏ BİRİNCİSİ ŞƏHİD OLDU - FOTO

Daha çox xəbərlər