Sosial 

Hər İKİ QOLU kəsilməkdən xilas olan QAZİMİZ- FOTO

Həkimlərimizin 44 günlük Vətən müharibəsindən yaralı halda çıxmış igidlərimizə göstərdikləri tibbi xidmət əvəzsizdir.

ARANTV.AZ  Sonxeber.az-a istinadən onlardan birini izləyicilərlə bölüşür:

“Sosial şəbəkədə hər iki qolundan ağır xəsarətlər alan bir qazimiz var idi. Həkimlərimizin bildirdiyinə görə istənilməsə də, onun hər iki qolunu amputasiya etmək məcburiyyətində qala bilərdik deyilib.

Lakin travmatoloqlar və damar cərrahları qrupu ilə birlikdə həm onun qollarını, həm də onları qidalandıran damarları bərpa etməyə çalışdıq. Bir müddət sonra damarlardan birinin tromblaşdığı aydın oldu. Onu yenidən əməliyyat masasına qoyub damarları işlək vəziyyətə qaytarmaq lazım gəldi.

İndi həmin gənc artıq Bakıdadır, mən onu müalicə edən həkimlə danışdım. Oğlan özünü yaxşı hiss edir, qolları birləşib, onlar işlək vəziyyətdədir”

Hər İKİ QOLU kəsilməkdən xilas olan QAZİMİZ- FOTO

Daha çox xəbərlər