Sosial 

Ötən ay Azərbaycanda anadan olan uşaqların sayı açıqlandı

Noyabr ayı ərzində qeydə alınan doğumların sayı açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ötən ay ərzində 9 920 doğum qeydə alınıb.

Dünyaya gələn körpələrdən 133-ü əkiz, yeddisi isə üçəm olub.

Eyni zamanda, noyabr ayı ərzində qeydə alınan ölümlərin sayı isə 8 385 olub.

Daha çox xəbərlər