“Yenə gözlərinə baxıb,səni sevirəm deyəcəm”- Şəhid Mehracın nişanlısına son mesajı ÜRƏKDAĞLADI- VİDEO
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidimiz Əhədov Mehrac İntiqam oğlunun sosial şəbəkələrdə yayılan son səs yazısı hər kəsi gözyaşlarına boğub.
ARANTV.AZ xəbər verir ki, iki bacının bir qardaşı olan şəhidimizin nişanlısına göndərdiyi son mesajı ürəkdağlayır.
Mesajda şəhidimiz səs yazısı ilə sevdiyi qıza bu sözləri deyir:
“Mən sənə dedim ki, salamat qayıdacam, yenə gözlərinə baxıb, səni sevirəm deyəcəm, ağlama”
Qeyd edək ki, Mehrac Əhədov Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

