Sosial 

Dostlarını XİLAS edib, özü ŞƏHİD OLDU – FOTO

Sosial şəbəkələrdə hər kəsi kövrəldən foto və məlumat yer alıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bu Vətən müharibəsində şücaət göstərmiş şəhidimiz İsmayılzadə Vüsal Əlibəndə oğlunun hekayəsidir.

Bildirilir ki, o, Füzuli rayonunda əsgərə ehtiyac olduğu uçun ora yollanır və burada oktyabrın 22-də əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Butun əsgərlər yaralanır, Vüsal da böyründən zədə alır.

Yaralıları aparmağa maşın gəlir. Vüsal özü yaralı ola-ola yaralıları maşına mindirməyə kömək edir. Əsgər yoldaşlarından bir neçəsinə yer olmadığı üçün, təkidlərə baxmayaraq dostlarını yaralı vəziyyətdə qoyub getmir. Dostlarının yanında qalıb növbəti maşını gözləyir. Yaralı olduğu üçün həddən artıq qan itirir və hərbi hospitala çatdırılarkən Şəhidlik zirvəsinə ucalır.

Şəhid Vüsal İsmayılzadə Buzovna kəndində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dostlarını XİLAS edib, özü ŞƏHİD OLDU - FOTO

Daha çox xəbərlər