Peskov Hadrutdakı erməni teraktı haqda – AÇIQLAMA
Kreml Dağlıq Qarabağdakı vəziyyəti izləyir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını şərh edərkən deyib.
Kreml sözçüsü bildirib ki, regiondakı bu hadisələr sülhməramlılar üçün yükdür:
“Çox sürətli təmaslar həyata keçirildi. Həqiqətən, həyəcanverici bir vəziyyət var idi, amma operativ şəkildə dayandırıldı”.

