“İnformatikanın imtahan fənləri sırasına daxil edilməsi üçün pilot platforma yaradılmalıdır” – Nazir müavini
İnformatika fənni ilə bağlı mövzuların imtahan suallarına daxil edilməməsi bu fənnin ikinci plana salınmasına səbəb olur.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva onlayn formatda keçirilən vebinarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu, təhsilin inkişaf etməsində maraqlı olan hər kəsin arzusudur: “Amma birdən-birdə belə qərarın verilməsi mümkün deyil. Bunun üçün pilot platformanın yaradılmasına ehtiyac var”.

