Azərbaycanda bazarın anbarından 64 yaşlı kişinin meyiti tapıldı
Neftçalada bazarda meyit tapılıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Əliyev Hafiz Kamil oğlunun meyiti rayonun “Köhnə bazar” adlanan ərazisindəki istifadəsiz anbarda aşkarlanıb.
Meyitin üzərində xəsarət işləri aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.

