Azərbaycanda çörək istehsalı artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 294,4 min ton çörək istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Təkcə noyabr ayında ölkədə 118,3 min ton çörək istehsal olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 0,4% və ya 0,5 ton azdır.

