Sosial 

Maksim Şevçenko azərbaycanlı yazıçının kitabını canlı yayımda təqdim etdi – FOTO+VİDEO

Rusiyalı jurnalist Maksim Şevçenko Azərbaycan əsilli yazıçı Heydər Camalın son kitabı olan “Bağlar və Çöllər” kitabını təqdim edib.

O, özünün “Facebook” hesabında canlı yayım açaraq, rus dilində yazılmış bu kitabın əhəmiyyətindən danışıb.

Şevçenko kitab üçün 1000 nüsxə nəşr olunduğunu bildirib və onun qiymətini açıqlayıb.

Qeyd edək ki, Heydər Camal Moskvada doğulub, atası əslən Ağdamdan olan, Şuşada doğulmuş rəssam Cövdət (Cahid) Camaldır. 2016-cı ildə müalicə aldığı Qazaxıstanın Alma-Ata şəhərində vəfat edib. Onların əslinin Azərbaycan ərazisində mövcud olmuş Elxanilər dövlətinin banisi Hülakü xana gedib çıxdığı deyilir.

Daha çox xəbərlər