Cəmi 1 405 yoluxmanın olduğu Vyetnam koronavirus peyvəndinin sınaqlarına başlayır
Vyetnam COVID-19 əleyhinə peyvəndini könüllülər üzərində sınaqdan keçirməyə başlayıb.
Bu barədə ölkənin dövlət xəbər agentliyi VNA məlumat yayıb.
“Nanocovax” peyvəndi Vyetnam əczaçılıq şirkəti “Nanogen” tərəfindən hazırlanıb.
2020-ci ildə üç yerli vaksin istehsalçısı tərəfindən dərmanlar hazırlanıb. Onların hamısı artıq heyvanlar üzərində sınaqdan keçirilib.
Vyetnamda pandemiya başlayandan bəri 1 405 koronavirusa yoluxma aşkar edilib, xəstələrin 1 252-i sağalıb, 35 nəfər ölüb.

