Bu il cənab Prezidentin apardığı uğurlu islahatların öz bəhrəsini verdiyi il kimi yadda qaldı
Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün bərpasında xidməti danılmazdır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Millət vəkili Arzu Nağıyev “Real İntervyu” verlişinə açıqlamasında deyib.
A.Nağıyev bildirib ki, 2020-ci il Azərbaycan üçün ən pik nöqtə 30 illik münaqişənin qələbə ilə başa çatmasıdır. Bu qələbə Ali Baş Komandan, Azərbaycan və Azərbaycan xalqının vəhdətinin nəticədir:
“Bu il cənab Prezidentin apardığı uğurlu islahatların öz bəhrəsini verdiyi il kimi yadda qaldı. Aparılan sosial, siyasi, iqtisadi islahaltar 44 günlük müharibədə özünü birmənalı şəkildə göstərdi”.

