ŞƏHİDİN qızına yazdığı MƏKTUB ÜZƏ ÇIXDI – FOTO
Sosial şəbəkələrdə hər kəsi kövrəldən paylaşım yer alıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, şəhid Aqşin İbadovun tabutu evinə gətrildiyi zaman, yeni dünyaya gələn körpə qızı üçün yazdığı məktub da ailəyə verilir.
Məktubda “Gözəl qızım sən həyatını Vətənimizin azad və müstəqil olması, ərazi bütövlüyümüzün qorunmasına özünü həsr etmiş bir Azərbaycan zabitinin qızısan, hər zaman başını dik tut” yazılıb.
Allah şəhidimizə rəhmət eləsin.


