Rusiya Azərbaycanın 3 müəssisəsindən alma idxalına qoyulan qadağanı ləğv edib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 21-dən Azərbaycandan alma idxalına qoyulan məhdudiyyətin bir hissəsini götürüb.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xidmət Şabranın “TURAZ”, “Ran Fruit” və “Əsədov Vahid” MMC-lərindən Rusiyaya alma idxalına qoyulan qadağanı ləğv edib.

