Bu ölkədə üçüncü sərt karantin rejimini elan edilib
Avstriya hökuməti dekabrın 26-dan etibarən koronavirus pandemiyası başlayandan bəri ölkədə sayca üçüncü sərt karantin rejimi elan edib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Milad bayramı öncəsi yumşaldılan karantin qaydaları dekabrın 24 və 25-dək qüvvədə olacaq. Ölkədə əsas ailə bayramı sayılan Milad günlərindən sonra yanvarın 18-dək sərt karantin qaydaları qüvvədə olacaq.
Avstriyanın Federal Kansleri Sebastian Kurts yeni qaydaları təqdim edərkən bildirib ki, yanvarın ortalarında bütün ölkə üzrə keçiriləcək kütləvi testlərdə iştirak etməyənlər üçün sərt karantin qaydaları yanvarın 24-dək keçərli olacaq. Sərt karantin dövründə vətəndaşlara öncəki sərt rejimlərdə olduğu kimi, yalnız peşə fəaliyyəti, gündəlik tələbat mallarının alınması, köməyə ehtiyacı olan insanlara yardım və fiziki bədən tərbiyəsi məqsədləri ilə evlərini tərk edə biləcəklər. Yanvarın 17-dək bütün ticarət və ictimai-iaşə obyektləri, mədəni-kütləvi tədbir məkanları bağlı olacaq. Milad tətilindən sonra 7-17 yanvar aralığında məktəblərdə dərs distant tədris formasında baş tutmalıdır.
Qeyd edilib ki, yanvarın 15-dən etibarən Avstriyada kütləvi antigen testləri həyata keçiriləcək və bu testlərdə iştirak edənlər üçün karantinin müddəti bir həftə qısa olacaq.

