Gündəm 

Aİ “Cənub Qaz Dəhlizi”nin qərbi Balkan ölkələrinədək genişləndirilməsində maraqlıdır

Avropa İttifaqı (Aİ) “Cənub Qaz Dəhlizi”nin qərbi Balkan ölkələrinədək genişləndirilməsi məsələsində maraqlıdır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheli deyib.

O bildirib ki, Aİ energetika, ticarət, investisiyalar və kommunikasiya sahələrində Azərbaycanın aparıcı tərəfdaşıdır:

“Cənub Qaz Dəhlizi”nin bu il tikintisinin başa çatmasını nəzərə alaraq, biz layihənin qərbi Balkan ölkələrinədək genişləndirilməsi məsələsini tədqiq etməkdə maraqlıyıq”.Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” ilə ilk Azərbaycan qazının 2020-ci ilin sonunadək yola salınması gözlənilir.

Daha çox xəbərlər