Dünya 

İsraildə parlament buraxıldı

İsrailin iyirmi üçüncü çağırış parlamenti cari il üçün ölkənin dövlət büdcəsinin təsdiqləmə müddətinin bitməsi səbəbindən bu gün Bakı vaxtı ilə 02:00-da avtomatik olaraq buraxılıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin dövlət kanalı “Kan” xəbər verib.

Bildirilir ki, 24-cü çağırış Knessetə erkən seçkilər 2021-ci ilin 23 mart tarixində keçiriləcək.

İsraildə Knessetə sonuncu seçkilər cari ilin 2 mart tarixində keçirilib.

Daha çox xəbərlər