Moskvada koronavirusdan daha 73 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib”.
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 751 minə yaxınlaşıb, virusdan ölənlərin sayı 10 613 nəfərə çatıb.

