Sosial 

Bu tarixdə ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilər – AÇIQLAMA

Xəber verdiyimiz Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilib. Artıq son bir neçə gündə tətbiq edilən sərt karantin rejimi özünün müsbət nəticəsini verməkdədir. Yoluxanların sayı 4000-dən 2000-nə düşüb. Gələn həftədən artıq bayram günləri başlayır. Bayram günlərində yoluxmaların sayının yenidən artmaması üçün ictimai nəqliyyatın fəaliyyətinə 5 gün qadağa qoyulması təklif olunur. Azərbaycanda 5 gün ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilərmi?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayının yenidən artmaması üçün bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilər:

“Artıq biz son bir neçə gündə sərt karantini müsbət nəticəsini görürük. Yoluxma sayı iki dəfə azalıb. Gələn həftədən bayram günləri başlayır. Bayram günlərində insanlar kütləvi toplaşmağa meyilli olur və bir-birilərinin evinə bayramlaşmağa gedirlər. Bu adətlər yenidən yoluxmanın artmasına səbəb ola bilər. Ona görə də insanların, bu il həmin adətlərdən imtina etməsi yaxşı olar.

Bundan əlavə insanların çölə çıxmasını qismən məhdudlaşdırmaq üçün ictimai nəqliyyatın fəaliyyəti də bayram günlərdə məhdudlaşdırıla bilər”.

Daha çox xəbərlər