Azərbaycanda məktəb yoxdur, şagirdlərə açıq havada dərs keçilir? – Açıqlama – VİDEO
Sosial şəbəkədə Salyan rayonunda şagirdlərin evlərdə açıq havada təhsil aldığını göstərən videogörüntü yayılıb.
ARANTV.AZ xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info Təhsil Nazirliyinə göndərilən informasiya sorğusuna cavab verilib.
Qeyd olunan videogörüntü ilə bağlı bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 19 may tarixli 291s nömrəli sərəncamı ilə Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına Salyan rayonu, Kürsəngi kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub. Hazırda obyektdə son tamamlama işləri yerinə yetirilir.
“Salyan rayon Kürsəngi kənd tam orta məktəbində 35 sinif komplekti fəaliyyət göstərir. Bu siniflərdən hazırda 29 sinif komlekti məktəb binasından, 6 sinif komplekti isə şəxsi evlərdən (istiliklə təmin olunublar) istifadə etməklə tədrisi davam etdirirlər. Əlavə olaraq bildiririk ki, sosial şəbəkədə yayılmış məlumat köhnə tarixə aid olan məlumatdır. Məktəb binasında tədris vaxtı çəkilmiş fotolar əlavə olunur”,-deyə nazirlikdən bildirilib.




