Sosial 

Azərbaycanda hərbi və xüsusi texnika üçün yeni növ yüksək keyfiyyətli mühərrik yağı hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dizel mühərrikləri üçün yüksək keyfiyyətli mühərrik yağı sınaqdan keçirilib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə Yüksək Texnologiyalar Parkının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Aşqarlar Kimyası İnstitutun əməkdaşları tərəfindən vacib elmi nəticə əldə edilib.

Bu nəticə xüsusi təyinatlı dizel nəqliyyatında istifadə olunan M-16iXP-3 mühərrik yağının yeni keyfiyyətli analoqunun hazırlanması ilə bağlıdır.

Həmin mühərrik yağı nümunəsi Yüksək Texnologiyalar Parkın rezidenti olan “Aşqar” elmi-istehsalat birliyində hazırlanıb və bir neçə sınaq mərhələsindən keçib. Gələcəkdə bu mühərrik yağı Azərbaycanın hərbi və xüsusi texnikasında istifadə olunacaq.

Daha çox xəbərlər