Çindən Türkiyəyə 3 milyon doza vaksin gətirildi
Çindən Türkiyəyə 3 milyon doza “Sinovac” vaksini gətirilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, səhər saatlarında Ankaraya çatdırılan vaksinlər dərman anbarına yerləşdirilib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, növbəti 14 gün ərzində vaksinlər sınaqdan keçiriləcək. Sınaqlar bitən kimi kütləvi peyvəndləmə başlayacaq.

