Sosial 

Əsir və girovluqdan azad edilənlər ailələrinə qovuşdular

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş vətəndaşlarımızdan 5 nəfəri artıq ailələrinə qovuşub.

Bu barədə Modern.az-a Amin Musayevin xalası Rəna Əmiraslanova məlumat verib.

R.Əmiraslonova deyib ki, hazırda Aminin müalicəsi davam etdirilir: “Aminlə sonuncu dəfə danışanda bildirdi ki, müalicəsi tam başa çatandan sonra evə buraxılacaq. Hazırda müalicə alır.

Amma əsirlərdən Emin Baxşəliyev, Nurlan Əlizadə, Anar Əliyev və daha iki nəfər artıq evlərindədirlər. İnşallah digərləri də, bizim Amin də qayıdar”.

Daha çox xəbərlər