Gündəm 

Cəsur döyüşçümüz hərbiçi yoldaşlarına şəhid olmamışdan bir gün öncə demişdir: ”Havadan şəhidlik qoxusu gəlir-FOTO

Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də şəhid Hüseynov Eşqin Cəsarət oğludur.

Eşqin Hüseynov orta məktəbi bitirdikdən sonra Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə yollanıb. 2018-ci ildə hərbi xidmətini şərəflə başa vurub.Hərbidə olan maragına görə o, yenidən ordu sıralarına qayıdaraq, xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmək istəyib.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Eşqində də könüllü olaraq ön cəbhəyə yollanıb. Eşqin Hüseynov Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə  fədakarlığılıqla iştirak etmişdir.29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından qəhrəmancasına şəhid olmuşdur.

Cəsur döyüşçümüz hərbiçi yoldaşlarına şəhid olmamışdan bir gün öncə demişdir: ”Havadan şəhidlik qoxusu gəlir”. Onuda qeyd edək ki,ikinci Qarabağ Müharibəsi başlamazdan bir neçə gün öncə nişanlanmışdır.

Eşqin Hüseynov yaşadığı Tərtər rayon Hüsənli kənd qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Hüseynov Eşqin Cəsarət oğlu “Vətən uğrunda” medalı ilə ilə (ölümündən sonra)  təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Daha çox xəbərlər